Şamaxı Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhidin məzarını ziyarət ediblər


11 fevral 2021-ci il tarixdə 44 günlük Vətən Müharibəsində vətənə borcunu ləyaqətlə yerinə yetirərək, Fizuli-Ağdərə rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib şəhidlik məqamına yüksəlmiş gənc mədəniyyət işçisi, Qobustan rayon musiqi məktəbinin tar müəllimi, Şamaxı rayonunda dünyaya göz açmış Rauf İlyas oğlu Əliyevin doğum günüdür!
Şəffaflıq.az xəbər verir ki, Şamaxı Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhidin məzarını ziyarət etdilər. Sonra şəhid Rauf Əliyevin evinə gedərək onun ailəsi ilə həmsöhbət oldular. Valideyinləri, bacısı və iş yoldaşı ilə şəhid haqqında əziz xatirələrini bölüşdülər. 
Cənnətdəki ilk doğum günün mübarək şəhidim! Allah rəhmət eləsin!
Qeyd edirik ki, şəhid Rauf Əliyev cənab Prezident İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda " medalı ilə təltif olunub.

Şamaxı Heydər Əliyev mərkəzinin 
direktoru Könül Eyvazova
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}