Co Bayden ilk yüzgünlüyündə ABŞ tarixinin ən radikal gündəliyi ilə qarşılaşacaq

  

ABŞ-ın nüfuzlu senatorlarından, Repsublikaçılar partiyasının üzvü Lindsi Qrem yeni prezident Co Baydenin hakimiyyəinin ilk 100 günlüyündə ölkə tarixinin ən radikal gündəmi ilə qarşılaşacağını bildirib.

Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, “Fox News Channel” kanalına verdiyi müsahibəsində danışıb. Cənubi Karolina ştatını təmsil edən Lindsi Qrem Bayden administrasiyasının vəzifəyə başlayacağı ilk günlərdən aqressiv sosial siyasətə baş vuracağını söyləyib. Onun sözlərinə görə, əgər demokratlar həqiqətən seçkidə vəd etdilərini reallaşdırmağa başlasalar bu amerikalılarda Donald Tramp və onun siyasəti barədə xoş nostalgiyaların yaranmasına gətirb çıxaracaq, hazırkı prezidenitn özü və tərəfdarları ilə bağlı təsəvvürləri isə tamamilə müsbətə doğru dəyişəcək.

Respublikaçı siyasətçinin fikrincə, belə olan halda onun partiyası həm Nümayəndələr palatası həm də Senatda yenidən nəzarəti ələ keçirmiş olacaqlar.

Qeyd etmək lazımdır ki, ABŞ-ın yeni prezidenti Co Bayden ölkənin hazırkı lideri Donlad Trampın miqrantlara yönəlik bütün məhdudiyyətləri aradan qaldıracağını, habelə Birləşmiş Ştatlarda sığınacaq axtaran insanlara iş imkanı yaradacaqlarını vəd edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}