Samsung, Apple-a lağ etdiyi Facebook paylaşımını sildi

Bir neçə müddət bundan öncə Samsung, Apple-ı ələ salan bir neçə sosial media paylaşımı etmişdi. Paylaşımların hədəfi Apple-in iPhone 12-ə şarj cihazı əlavə etməməsi ilə bağlı idi. İndi isə Samsung yeni smartfonlarında eyni şeyi təkrarlayır. Belə ki, Samsungun yeni nəsil smartfonlarında şarj cihazı və qulaqlığın olmayacağı gözlənilir.
Samsungun oktyabr ayında paylaşdığı və Apple'ı lağa qoyan Facebook postu da silinib.
Bu hal, əslində Samsung üçün ilk dəfə deyil. Galaxy Note 10-da da oxşar vəziyyət yaşanmışdı. Şirkət, Apple-ı iPhone X-də qulaqlıq çıxışı olmadığına görə tənqid etsə də, sonra Note 10-da bu interfeysi çıxardı və əvvəlki yazıları sildi.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}