Şamaxı rayonunda 5 mart “Bədən tərbiyəsi və idman günü” qeyd olundu.-FOTO

 Şamaxı rayonunda 5 mart “Bədən tərbiyəsi və idman günü” qeyd olundu.
Şəffaflıq.az xəbər verir ki, bu gün Şamaxı rayon Gənclər və İdman idarəsi, Şamaxı Olimpiya Mərkəzi ilə birgə 5 mart 2019-cu il tarixində Şamaxı Olimpiya Mərkəzində “Bədən Tərbiyəsi və İdman günü” münasibətilə rayonun idman ictimaiyyəti ilə görüş keçirmişdir.
 Keçirilən tədbirdə 50 nəfərə yaxın rayonda fəaliyyət göstərən idman yönümlü təşkilatların, klubların, federasiya və cəmiyyətlərin nümayəndələri, bədən tərbiyəsi və idman müəllimləri, veteran və yüksək nailiyyətlər qazanmış idmançılar iştirak etmişdir.

 

 Tədbirdə həmçinin Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı Olimpiya Mərkəzinin direktoru Səbuhi Qarayev və “Şəffaflıq” Müstəqil ictimai-siyasi –hüquq qəzetinin baş redaktoru Vahid İsmayılov da iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüsenov tədbir iştirakçılarını 5 mart bədən tərbiyəsi və idman günü münasibətilə təbrik etdi və Dövlət Başçısı cənab İlham Əliyevin 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən hər il martın 5-i Azərbaycanda “Bədən Tərbiyəsi və İdman günü” kimi qeyd olunmasını bildirdi.

 

 Ş.Hüseynov həmçinin son illər rayonda bədən tərbiyəsi və idman sahəsində görülən işlərdən danışdı və idmançılarımızın uğurları haqqında geniş məlumat verdi. Sonra isə Şamaxı Olimpiya Mərkəzinin direktoru Səbuhi Qarayev və “Şəffaflıq” Müstəqil ictimai-siyasi –hüquq qəzetinin Baş redaktoru Vahid İsmayılov mövzu ətrafında çıxış etrdilər.


 Çıxışlar bitdikdən sonra rayonda bədən tərbiyəsi və idman sahəsində olan problemlər haqqında müzakirələr aparıldı. Belə ki, tədbirdə iştirak edən veteran idmançılarımız Hacıbaba Şıxıyev, Əhliman Qəhrəmanov, Məhəmməd Şərifov və digər məşqçi-müəllimlər rayonda bədən tərbiyəsi və idman sahəsində olan mövcud problemlərdən danışdılar və bu sahədə öz təkliflərini bildirdilər.

 
 Tədbirin sonunda ötən dövr ərzində bədən tərbiyəsi və İdman sahəsində fərqlənən bir qrup idmançılara Şamaxı rayon Gənclər və İdman idarəsi və Şamaxı Olimpiya Mərkəzi tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.






 




 
 





 








 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}