Şamaxıda "ÇERLİDİNQ" gimnastika idman növü üzrə yarış keçirilib.FOTO

Çerlidinq–Azərbaycan üçün yeni bir idman növüdür.Çerlidinq bədii gimnastika, akrobatika,milli rəqsi özündə birləşdirir.Azərbaycan Çerlidinq Federasiyası 2017 ci ildə yaranıb.
 Şəffaflıq.az xəbər verir ki, AÇF-ni regionlarımızda inkişaf etdirmək üçün ilk dəfə olaraq ölkə kuboku uğrunda yarış 10 komandanın 360 nəfər üzvünün iştirakı ilə Şamaxı şəhər, Olimpiya mərkəzində keçirilib.
Müsahibimiz AÇF-nin baş katibi Zenfira xanımın dediklərinə görə, AÇF ni Çerlidinq üzrə 28-30 iyul 2019 cu ildə Sant-Peterburq şəhərində keçiriləcək Avropa çempionatında cütlüyümüz Qəmbərova Aynur,Məmmədova İlahə ölkəmizi  təmsil edəcəklər.

AÇF- Çerldinq üzrə beynəlxalq komitəsinə sənədləri göndərmişik və yaxın vaxtlarda komitəsinin Assambleyasında qərarı Azərbaycan Çerldinq Federasiyasına tam üzvü seçiləcəkdir.
 İdman təqvim planımızda daxili yarışmalarımızla yanaşı,Avropa və dünya miqyasında yarışlar nəzərdə tutulub.İstərdik ki , Çerlidinq idman növü Şamaxı rayonunda da inkişaf olunsun










 

  P.S.-Bizdə Çerlidinq Federasiyasının bu günkü tədbirində iştirak etdik yarış olduqca maraqlı idi,istərdik ki,bele bir idman növü Şamaxı rayonunda da inkişaf etdirilsin.
Zamin Fərəcov
Şəffaflıq.az





 шаблоны для dle 11.2


Facebook-da paylaş