Taekvondo idman növü üzrə Göyçay açıq Birinciliyi keçirilmişdir. Ağdaş 2-ci və 3-cü yerləri əldə edib.FOTO

 27-28 Aprel 2019-cu il tarixində Aprel şəhidlərinin xatirəsinə həsr edilmiş Uşaq,Yeniyetmə və Gənclər arasında idmanın Taekvondo növü üzrə Göyçay açıq Birinciliyi keçirilmişdir.Yarışın təşkilatçı rəhbərliyi Azərbaycan Gənclər və İdman Nazirliyi,Göyçay Gənclər və İdman idarəsi və Göyçay Uşaq Gənclər İdman məktəbi edirdi.Yarışda 300-ə yaxın idmançı öz gücünü sınayırdı.Bu yarışda Ağdaş Taekvondo komandası 6-nəfər idmançı ilə təmsil olunub.Onlardan Şəfiyeva Gülayə 2-ci yerə,Həmidova Nuray 2-ci yerə,Xəlilzadə İbrahim isə 3-cü yerə layiq görülərək diplom və medallarla təltif edilmişdirlər



 Eşqin İsmayılov

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}