Göyçayda yanğın baş verib.-FOTO

 Göyçayda vətəndaşa məxsus tövlə yanıb. Hadisə rayonun Çərəcə kəndində qeydə alınıb. 
 Şəffaflıq.az xəbər verir ki,hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 15 ton ot bağlamasının 10 tonu yanıb. Yanğından ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.

 Davud Tarverdiyev
Göyçay
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}