Qətl törədən şəxs isti izlərlə yaxalanıb.

 Qətl törədən şəxs isti izlərlə yaxalandı

İyulun 27-də gecə saat 01:30 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları polis mayoru Qurban Qasımov və polis serjantı Fariz İbrahimzadə şəhər ərazisində ayıq-sayıq xidmət aparırdılar. Gecə gəzintisi zamanı şəhərin Həzi Aslanov və Elbrus Məmmədov küçələrinin kəsişməsində bir qrup şəxsin mübahisə etdiyini görüb həmin yerə yaxınlaşıblar. Orada bıçaqlı şəxsin bir nəfərə ağır xəsarət yetirdiyini, digər 2 nəfərə isə xəsarət yetirmək istədiyi barədə Rayon Polis Şöbəsinə məlumat verərək dərhal silahlı şəxsi zərərsizləşdirmək üçün lazımi tədbirlər görülüb. Bıçaqlı şəxsi xüsusi fənd tətbiq edərək tərki-silah ediblər.
Polis serjantı Fariz İbrahimzadə və köməyə gəlmiş polis əməkdaşları ilə birlikdə cinayəti törətməkdə şübhəli bilinən Namiq Vəliyevi saxlayaraq Polis Şöbəsinə gətiriblər. Polis əməkdaşlarının peşəkarlığı və çevik müdaxiləsi nəticəsində iki nəfərin həyatı təhlükədən xilas edilib.
Polis mayoru Qurban Qasımov dərhal ağır xəsarət almış yaralını avtomobillə Yevlax Rayon Mərkəzi Xəstəxanası çatdırsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb..



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}