Polis rəisi metroda maşinistlə dalaşdı və həbs edildi

 Moskvada metro maşinisti ilə dalaşdığı üçün Omsk vilayətinin polis idarəsinin rəisi Aleksey Merkuşev tutulub.

Merkuşev Moskvaya Rusiya DİN-in İdarəetmə Akademiyasına dinləyici kimi ezam olunubmuş. İyulun 11-nə keçən gecə o, sərxoş vəziyyətdə metrodan istifadə etmək qərarına gəlib.

“Kaşirskaya” stansiyasında Merkuşevin istirahət günü olduğundan metrodan sərnişin kimi istifadə edən və həmçinin sərxoş olan maşinistlə sözü çəp gəlib. Mübahisə tezliklə davaya çevrilib.

Hadisədən sonra Omsk vilayət polisinin rəisi İdarəetmə Akademiyasından qovulub. Faktı Rusiya İstintaq Komitəsi araşdırır.(Virtualaz.org)

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}