Konstitusiya Məhkəməsinin təcili iclası keçirilir - Əmanətlərlə bağlı hansı qərar veriləcək?


 

Bu gün Konstitusiya Məhkəməsində fəaliyyətini dayandırmış “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-dəki problemli əmanətlərlə bağlı məsələyə həsr olunmuş plenum iclası keçirilib.

Bu barədə Konstitusiya Məhkəməsinin yaydığı məlumatda bildirilib.

Xatırladaq ki, sözügedən banklardakı əmanətlərin bir hissəsi ilə bağlı problem yaranıb, bununla bağlı Əmanətlərin Sığortalanması Fondu həmin əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi məsələsinə Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsi üçün Nazirlər Kabinetinə müraciət göndərib. Nazirlər Kabineti isə bunnula bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Nazirlər Kabinetinin Konstitusiya Məhkəməsinə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2.6-cı maddəsinə şərh verilməsinin zəruriliyi əsaslandırılır.

Konstitusiya Məhkəməsindən bildirilib ki, məsələ ilə bağlı KM-in qərarı 1 ay ərzində açıqlanacaq.

Xatırladaq ki, Bankların lisenziyalarının geri alındığı və ləğvetmə prosesi dövründə Mərkəzi Bank və ƏSF banklar tərəfindən əmanətlərin qəbulu zamanı pozuntulara və nöqsanlara yol verdiklərini aşkar ediblər.

Bağlanan banklardakı əmanətlər Azərbaycan Beynəlxalq Bankı və «Kapitalbank» vasitəsilə qaytarılır. İyunnu 1-dən “Atabank” ASC və “Amrahbank” ASC-dəki, iyunnu 16-dan isə “AG Bank” ASC və “NBC Bank” ASC-dəki əmanətlərin qaytarılmasına başlanılıb.

Ümumilikdə indiyədək 12,9 min əmanətçiyə 229,7 milyon manat məbləğində kompensasiyaların ödənilməsi təmin edilib.


Şəffaflıq.az шаблоны для dle 11.2


Facebook-da paylaş