Şamaxıda 9 noyabr Bayraq günü münasibəti ilə “İradənlə qalib gəl!” şüarı altında müxtəlif səpgili çoxsaylı aksiyaları keçirilir_FOTOLAR.


“İradənlə qalib gəl!”
9 noyabr - Bayraq günü münasibəti ilə 1-9 noyabr tarixlərində ölkə gənclərinin “İradənlə qalib gəl!” şüarı altında müxtəlif səpgili çoxsaylı aksiyaları keçiriləcəkdir.
 Şəffaflıq.az xəbər verir ki,bu aksiyalar çərçivəsində Şamaxı rayon gənclər və İdman İdarəsi və Şamaxı Olimpiya Mərkəzi və rayonda fəaliyyət göstərən bədən tərbiyəsi və idman obyektləri ilə birlikdə 1-2 noyabr 2019-cu il tarixlərini açıq qapı günü elan etmişdir.
Rayonuda gənclərin bu aksiyada iştiraka dəvəti Şamaxı Gənclər və İdman İdarəsi, sosial şəbəkələr, könüllülər vasitəsi ilə aparılmışdır.
Qeyd edək ki, bu aksiyanın məqsədi gəncləri idmana cəlb etmək, rayonuda fəaliyyət göstərən Şamaxı Olimpia Mərkəzini və digər bədən tərbiyəsi və idman obyektlərini hamı üçün əlçatan etmək, buradakı idman meydançaları, avadanlıqlar və imkanlarla rayon gənclərini tanış etməkdir, onları sağlam həyat naminə sadə idman oyunları və hərəkətlərini etməyə alışdırmaqdır. Yeni nəsil öz sağlamlığına daha böyük diqqət göstərir. Onlar asudə vaxtlarını   bədən tərbiyəsi, fitnes, yoqa, rəqslərin öyrənilməsinə sərf etməkdə maraqlıdır. Gənclər fiziki sağlamlığı “məsuliyyətli vətəndaşlıq – uğurlu dövlət” birliyinin vacib hissəsi kimi dəyərləndirir.
Aksiya çərçivəsində futbol, voleybol, güləşin müxtəlif növləri, yüngül atletika, tennis, cüdo, tekvondo, poverliftinq, armvrestlinq və s. İdman növlərində yarışlar və əyləncəli idman oyunları təşkil ediləcək. Bu yarışlar Şamaxı Olimpiya Mərkəzində və rayonda fəaliyyət göstərən məşqçilər tərəfindən idarə olunacaq. Eyni zamanda Şamaxı rayonunda müxtəlif idman növləri üzrə 

Yeni nəsil öz sağlamlığına daha böyük diqqət göstərir. Onlar asudə vaxtlarını   bədən tərbiyəsi, fitnes, yoqa, rəqslərin öyrənilməsinə sərf etməkdə maraqlıdır. Gənclər fiziki sağlamlığı “məsuliyyətli vətəndaşlıq – uğurlu dövlət” birliyinin vacib hissəsi kimi dəyərləndirir.Aksiya çərçivəsində futbol, voleybol, güləşin müxtəlif növləri, yüngül atletika, tennis, cüdo, tekvondo, poverliftinq, armvrestlinq və s. İdman növlərində yarışlar və əyləncəli idman oyunları təşkil ediləcək. Bu yarışlar Şamaxı Olimpiya Mərkəzində və rayonda fəaliyyət göstərən məşqçilər tərəfindən idarə olunacaq.
Eyni zamanda Şamaxı rayonunda müxtəlif idman növləri üzrə, Avropa və Dünya Çempionları və mükafatçıları, beynəlxalq dərəcəli hakim və idmançıların (Rüstəm Musayev-poverliftinq idman növü üzrə VII Qat dünya çempionu, əməkdar məşqçi, Qüdrət Məmmədyarov sərbəst güləş idman növü üzrə əməkdar məşqçi, Sədrətdin Seyidov cüdo idman növü üzrə SSRİ İbman ustası, Tarıverdiyev Hikmət ağır atletika idman növü üzrə SSRİ İdman ustası, Azərbaycan  Respublikasının Fəxri Bədən Tərbiyəçisi və İdman İşçisi) iştirakı ilə ustad dərsləri, nümunəvi çıxışlar, yarışlar keçiriləcəkdir.
Qeyd edək ki, Şamaxıda gənclərinin “İradənlə qalib gəl!” şüarı altında müxtəlif səpgili çoxsaylı aksiyalar dəvam etdiriləcəkdir.
Bütün Şamaxı gənclərini bu fürsətdən istifadə etməyə dəvət edirlər.
Başlayın və qoy iradəniz qalib gəlsin!

Dəyanət İsmayılov
Şamaxı:
Şəffaflıq.az
шаблоны для dle 11.2


Facebook-da paylaş