Şamaxıda Nəsimi festivalı çərçivəsində şeir axşamı keçirilib.-FOTO

 Şamaxıda Nəsimi festivalı çərçivəsində şeir axşamı keçirilib.
İkinci Nəsimi festivalı çərçivəsində sentyabrın 29-da Şamaxının Meysəri kəndi ərazisində Mədəniyyət Nazirliyinin "Söz" layihəsi iştirakçılarının dahi mütəfəkkirin yaradıcılığından ilhamlanan şeir axşamı keçirilib.
Şəffaflıq.az xəbər verir ki, dahi şair İmadəddin Nəsiminin fəlsəfi baxışlarını əks etdirən, “Simadan-asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm...” devizi ilə keçirilən şeir gecəsində müxtəlif yaşda olan nəsimisevərlərin şeirləri dinlənilib.

Poeziya həvəskarlarının ilham və vurğunluqla səsləndirdikləri şeirlər ölməz sənətkarın əbədiyaşarlığının təcəssümü olaraq, dinləyicilər tərəfindən böyük maraqla, alqışlarla qarşılanıb.
 Vahid İsmayılov
Şamaxı:
Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}