İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

 

İranda son sutka ərzində daha 2 751 nəfərdə koronavirus aşkarlanıb, 212 nəfər vəfat edib.

Şəffaflıq.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 314 786-ya, virus qurbanlarının sayı isə 17 617-yə yüksəlib.

Bundan əlavə, indiyədək 272 535 nəfər sağalıb. Ölkədə 24 634 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 4 132-nin vəziyyəti ağır qiymətləndirilir. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}