Braziliyada COVID-19 qurbanlarının sayı 60,6 mini ötüb

 

Son sutkada Braziliyada koronavirusdan 1 038 pasiyent ölüb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, bununla da COVID-19 qurbanlarının sayı 60 632 nəfərə çatıb.

Cənubi Amerikanın bu ölkəsində təhlükəli virusa daha 46 712 yoluxma qeydə alınıb. Bununla da COVID-19 xəstələrinin ümumi sayı 1 448 753 nəfərə çatıb.

Bununla yanaşı, ölkədə virusa yoluxmuş 826 866 pasiyent sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}