Ankara hərəkətə keçdi: Yunanıstandan gözlənilməz həmlə:

 Türkiyənin Liviya ilə imzaladığı dəniz yurisdikası anlaşmasını tanımayan Yunanıstana meydanda cavab veriləcək.
Şəffaflıq.az xəbər verir ki, rəsmi Afinanın müvafiq addımlarına cavab olaraq, Türkiyənin qazma gəmiləri Aralıq dənizinin şərq bölgəsində karbohidrogen axtarışlarına başlayacaq.
Yunanıstan özünün müəyyən etdiyi dənizlərin bölüşdürülməsi xəritəsini Avropa İttifaqına göndərdikdən sonra Ankara hərəkətə keçib. Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi Afinaya cavabında bölgədə karbohidrogen axtarışlarının bərpa ediləcəyini açıqlayıb. Bu çərçivədə ilin ikinci yarısında bir qazma gəmisi Qara dənizdə, digəri isə Şərqi Aralıqda karbohidrogen axtarışlarına başlayacaq.
Bundan başqa, Türkiyənin başqa bir qazma gəmisi Kipr adasının Cənub sahillərində axtarışlarını davam etdirir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}