Yunanıstandan ABŞ-a dəvət: “İNCİRLİK BAZASINI...”

 

Şəffaflıq.az xəbər verir ki, ABŞ hərbi bazalarının Türkiyədən, o cümlədən İncirlikdən çıxarılacağı təqdirdə Yunanıstana yerləşdirilə biləcəyi ilə bağlı fikirlər səsləndirilib. Yunanlar İncirlikdəki bazanın ölkələrinə köçürülməsinə yaşıl işıq yandırıblar.

Yunanıstanın Xarici İşlər Nazirliyinin adının çəkilmək istəməyən bir əməkdaşı Afinanın ABŞ bazalarını qəbul etməyə hazır olub-olmadığı sualın cavabında deyib: “Hər cür müəsissəni yerləşdirə biləcəyimiz aşkardır. Tanrıya şükür olsun ki, bizdə yetərli qədər yer var”.

Yaşıl işıq yandı

Məmur deyib: “Əgər bazalara xidmət edib-etməyəcəyimizi soruşusunuzsa, biz NATO üzvü bir ölkəyik və buna görə də NATO-nun ehtiyacları həmişə Yunanıstan tərəfindən yunan Konstitusiyasına uyğun şəkildə ödənilə bilər. ABŞ ilə ikitərəfli əlaqələrə gəlincə, müdafiə sahəsində razılaşmamız var. Əgər ABŞ gələcəkdə Yunanıstanın müdafiə imkanlarını daha çox genişləndirmək istərsə, Yunan hökuməti bunu müsbət şəkildə dəyərləndirər”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}