Moskvadakı məşhur "Bakı" kinoteatrını sökürlər, yerində ticarət mərkəzi tikiləcək

 

Moskvadakı məşhur "Bakı" kinoteatrı sökülüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, sovetlər dövründən fəaliyyətdə olan və Rusiya paytaxtının prestijli rayonlarından birində, Usiyeviça küçəsi 12/14 ünvanında yerləşən "Bakı" kinoteatrının sökülməsinə başlanılıb.

Kinoteatrın yerləşdiyi binada "Bakı" adlı Azərbaycan restoranı da fəaliyyət göstərib. Artıq bir neçə gündür ki, ağır texnika "Bakı" kinoteatrının yerləşdiyi binanı sökməyə başlayıb.

APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, sökülən binanın yerində yeddimərtəbəli yeni ticarət mərkəzi tikiləcək. Ticarət mərkəzində beş mərtəbə yerin üstündə, iki mərtəbə isə yerin altında olacaq. "VTB" bankına məxsus bu mərkəzin 2000 kv/m-i yenə azərbaycanlı iş adamlarına icarəyə veriləcək. Həmin 2000 kv/m ərazidə yenidən "Bakı" kinoteatrı açılacaq. Bundan başqa bu məkanda Azərbaycan mədəniyyət mərkəzinin açılacağı da planlaşdırılır.

Qeyd edək ki, Moskvadakı "Bakı" kinoteatrı 1974-cü ildə memarlar İ.Volkov, E.Smolina və L.Fadeyevanın layihəsi əsasında tikilib. Binanın tikilməsində ənənəvi Azərbaycan memarlığının motivlərindən istifadə olunub. Kinoteatrda 600, 70 və 60 nəfərlik üç zal olub.

Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş