ABŞ QIRICISI PARÇALANDI: 7 nəfər həlak oldu

 

Şəffaflıq.az xəbər verir ki, ABŞ-da II Dünya Müharibəsi dövründən qalma, B-17 modelli antikvar bombardman təyyarəsi havaya qalxdıqdan 5 dəqiqə sonra yerə düşüb. Qəza nəticəsində 7 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

Təyyarədə 2 nəfər pilot, 1 nəfər köməkçi və 10 nəfər sərnişin olub. Təyyarə uçuş-eniş zolağından qalxaraq uzaqlaşdığı zaman yerdəki əməkdaşlar da yaralanıblar.

Bredli Beynəlxalq hava limanı bu həftə II Dünya Müharibəsindən qalma antikvar təyyarələrin uçduğu məkana çevrilib. Tədbirdə məqsəd II Dünya Müharibəsində iştirak eləmiş hərbçiləri yad eləmək olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}