“Türkiyə NATO üçün çox mühümdür” - AMERİKALI KOMANDİR

 


Şəffaflıq.az xəbər verir ki, ABŞ-ın Avropa, Afrika və NATO Hava Qüvvələri komandiri Ceffri L.Harrigian deyib: “Türkiyə ittifaq içərisində inanılmaz dərəcədə mühüm bir ortaq olmaqdadır. Biz də NATO müttəfiqi olaraq, Türkiyəyə bağlı qalmağa davam edirik”.
“İncirlik inanılmaz dərəcədə mühümdür”

İncirlik bazası məsələsində isə iki ölkə arasında nümunəvi əməkdaşlığın sərgiləndiyini bildirən Harrigian deyib: “İncirlik bizim üçün strateji bir yerdir, inanılmaz dərəcədə mühümdür və orada türk ortaqlarımızdan fövqəladə dəstək alırıq. İncirlik illərlə davam edən əməkdaşlıq və güvən nəticəsində mühüm əlaqələrin yaradıldığı bir yerdir. Bunun dünyamızda olan digər şeylərin içərisində qeyb olmaması lazımdır”.шаблоны для dle 11.2


Facebook-da paylaş