Azərbaycanın bölgələri ağ örpəyə bürünür - FOTO

 Şamaxı və ətraf rayonlara qar yağıb. Qarlı, şaxtalı hava saat 15:00 radələrində başlayıb, bu dəqiqələrə qədər davam edib.
Şəffaflıq.az xəbər verir ki, güclü külək əsib, ardınca yağan sulu qar qara çevrilib.
Ən çox qar rayonun Pirqulu, Qızmeydan, Pirbəhli, Dəmirçi və Sis kəndlərinə yağıb.
Qobustan rayonuna da qar yağıb. Güclü külək səbəbindən Qobustan-Xilmili yoluna sovrulan qar texnikaların köməyilə təmizlənib. Temperatur 9-10 dərəcə aşağı düşüb. Hazırda rayon ərazisində havanın temperaturu -2 dərəcəyə qədər enib.
Respublikanın əsas magistral yollarından olan Ağsu dolayları, Muğanlı-İsmayıllı və Bakı-Şamaxı avtomobil yolu işlək vəziyyətdədir.
 Rəşad Aydın

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}