Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edəcək
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edəcək. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, martın 13-də nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 10:00-dan Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonları sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 12 mart 2026-cı il tarixində nazirliyin şimal-qərb regional mərkəzinin binasında saat 09:00-da başlayacaq. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








