Əsas Səhifə > Hadisə > Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edəcək


11-03-2026, 12:15


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edəcək.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, martın 13-də nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 10:00-dan Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonları sakinlərinin qəbulu keçiriləcək.

Qəbula gələn vətəndaşların qeydiyyatı 12 mart 2026-cı il tarixində nazirliyin şimal-qərb regional mərkəzinin binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Şəffaflıq.az


Geri qayıt