Biləsuvarda 72 yaşlı qadının boğularaq öldürülmə ehtimalı ilə bağlı araşdırma aparılır
Biləsuvar sakini, 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın boğularaq öldürülmə ehtimalı ilə əlaqadar Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır. Şəffaflıq.az-ın məlumatına görə, bir müddət öncə öz əcəli ilə öldüyü deyilən qadının boğularaq öldürüldüyü ehtimal edilir. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Xəbəri paylaş
Facebook-da paylaş








