Şəkidə həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Şəkidə həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Şəffaflıq.az ın Şimal-qərb bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Həmid Nazim oğlu Əliyev saxlanılıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində H.Əliyevin yeri müəyyən edilərək saxlanılıb. O, istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, hadisə iyunun 5-də Şəkinin Cəyirli kəndində baş verib. Kənd sakini 1991-ci il təvəllüdlü Zəhra Əliyeva atasının evində qətlə yetirilib.
Qətlin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir.
Xəbəri paylaş
Facebook-da paylaş
