Rusiyada barda silahlı insident: Azərbaycanlı axtarışa verildi
Şəffaflıq.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 19 yaşlı oğlan ürəyindən güllələnib.
Məlumatlara görə, onu güllələyən şəxs 18 yaşlı azərbaycanlıdır.
Tərəflər arasında mübahisə barın daxilində başlayıb. Daha sonra gənclər mübahisəni küçədə davam etmək qərarına gəliblər. Bu zaman azərbaycanlı üzərindəki travmatik silahı çıxararaq, rəqibinə bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb. Hazırda həmin şəxsin axtarışları davam edir.
Məlumdur ki, oğurluq etdiyinə görə əvvəllər məhkum olunmuş şəxs "Toyota Camry" avtomobili ilə hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı cinayət işi başlanıb.
Şəffaflıq.az
Facebook-da paylaş