Rusiyada barda azərbaycanlını öldürən həbs olundu
Rusiyada barlardan birində 27 yaşlı azərbaycanlını güllələyən şəxs həbs olunub.
Şəffaflıq.az Rusiya KİV-nə isitnadən xəbər verir ki, cinayəti törədən və axtarışda olan Anatoli Qrudistov könüllü şəkildə polisə təslim olub. Onun haqqında cinayət işi açılıb.
Xatırladaq ki, iyulun 28-də “Rokko” barında yaranmış münaqişə zamanı Anatoli travmatik tapançadan atəş açaraq azərbaycanlını qətlə yetirib.
Xəbəri paylaş
Facebook-da paylaş