"Ağdam bandası"nın başçısına hökm oxundu

      Rusisyada sifarişli qətllə törətməkdə təqsirli bilinən Murad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Şəffaflıq.az xəbər verir ki. bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Murad Məmmədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Murad Məmmədov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 (qəsdən adamödürmə), 209 (quldurluq), 162 (soyğunçuluq), 163 (şantaj yolu ilə mənimsəmə) və 222-ci (qanunsuz olaraq silah saxlama, daşıma, ötürmə) maddələri ilə də ittiham olunur.
O, 2010-cu ildə Rusiya tərəfindən axtarışa verilib və Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs edilib.
Qeyd edək ki, Murad Məmmədov Ağdam rayonunun Salahlı kəndində anadan olub.
Qeyri-rəsmi məlumatlara görə, Murad Məmmədov Sankt-Peterburqda üç nəfərin qətlinin sifarişçisi olub. 2009-cu ildə Rusiyada silsilə qətllərdə təqsirləndirilərək saxlanılan üç azərbaycanlı – Əlibala Əliyev, Kamil Qurbanov və Zamin İsayev 24 il müddətinə azadlıqdan məhrum edilib.
Araşdırmalar zamanı məlum olub ki, “Ağdam bandası” qruplaşmasının başçısı Murad Məmmədov həmin vaxt Zamin İsayevə 300 min rubl verərək başqa bir azərbaycanlını öldürməsini istəyib.
Zamin İsayev bu iş üçün Əlibala Əliyev və Kamal Qurbanovla əlbir olub.
Qanunsuz olaraq silah əldə edən dəstə üzvlərindən Əlibala Əliyev yanlışlıqla başqa adamı öldürüb.
Bir neçə ay sonra Zamin İsayev özü Murad Məmmədovun sifariş etdiyi şəxsi öz evində güllələyərək öldürüb.
Məlumata görə, “Ağdam bandası”nın başçısı hesab olunan Murad Məmmədovun rəhbərlik etdiyi cinayətkar qruplaşmanın başqa dörd nəfər üzvü beş adamın qətlində günahlandırılıblar və Leninqrad Hərbi Məhkəməsi tərəfindən onlara hökm oxunub.
Bandanın 4 nəfərdən ibarət olan bu dəstəsi ərzaq satışı şəbəkəsinin rəhbərinin qızı, 22 yaşlı Rumiyə Kərimovanı qətlə yetiriblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}