Bakıda ərdə olan bacısını başqa kişi ilə tutan qardaş dəhşət saçdı
Şəffaflıq.az “ölkə.az”a istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinin yaxın günlərdə məhkəmə prosesi başlanacaq.
İttihama görə, Xətai rayonu, Naximov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əfsanə Əhmədova qısqanclıq zəminində qardaşı Niyaməddin Məmmədov tərəfindən bıçaqlanıb.
Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Əfsanənin qardaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məlum olub ki, Niyaməddin Məmmədov ailəli olan bacısının başqa kişi ilə münasibətindən xəbər tutub və bu səbəbdən onu bıçaqlayıb.
İstintaq orqanı tərəfindən Niyaməddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
Şəffaflıq.az
Facebook-da paylaş