Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb


Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına, Hövsan qəsəbəsində tanışı ilə mübahisə zamanı döyülən 1989-cu il təvəllüdlü Yusubov Emil Elmar oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub. Qeyd edək ki, hadisə E. Yusubovun yaşadığı evdə baş verib.

Hadisənin təfərrüatı araşdırılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}