Bakıda tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib


Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə  Yasamal Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, bu il martın 14-də paytaxtın Yasamal rayonu ərazisində 1992-ci il təvəllüdlü Pünhan Fərzalılının qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. İstintaqla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin rayonun Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Pünhan Fərzalılıya bıçaqla xəsarət yetirməsi və sonuncunun xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Şahlar Ağayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Şəffaflıq.az  


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}