Prezident yanında Ali Attestasiya Komissiyasının sədr müavini işdən çıxarıldı - SƏRƏNCAM

 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov vəzifəsindən azad olunub.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Vəli Allahverdi oğlu Hüseynov Ali Attestasiya Komissiyasının sədr müavini vəzifəsindən azad edilib.

Ali Attestasiya Komissiyasından fakt təsdiqlənib.

Qeyd edək ki, V.Hüseynov 2010-cu ildən bu vəzifədə çalışırdı.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}