PREZİDENT 2 NAZİR MÜAVİNİ TƏYİN ETDİ – Bir nazir müavinini isə vəzifəsindən azad etdi

 

Prezident İlham Əliyev Natiq Məmmədovun Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Hurriyyet.org xəbər verir ki, sərəncamla Natiq Nəsir oğlu Məmmədov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamları ilə Vüsal Zakir oğlu Nəsirli və Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin olunublar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}