Xırdalanda 31 yaşlı kişi bıçaqlanaraq öldürülüb
Xırdalanda mübahisə zamanı kişi bıçaqlanaraq öldürülüb. Şəffaflıq.az məlumat verir ki, hadisə Yusif Məmmədəliyev küçəsində qeydə alınıb. İlkin məlumata əsasən, 1995-ci il təvəllüdlü Abdullayev Rasif Rəhman oğlu mübahisə zamanı bıçaqlanıb. O, aldığı ağır xəsarətdən hadisə yerində ölüb. R.Abdullayevə xəsarət yetirməkdə Ceyhun adlı şəxs şübhəli bilinir. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








