BƏƏ İrana maliyyə dəstəyi ilə bağlı xəbərləri təkzib edib


BƏƏ-də İrana maliyyə dəstəyinin verilməsi və əcnəbi işçilər üçün yaşayış icazələrinin ləğv edilməsi barədə xəbərlərin saxta olduğu bildirilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə BƏƏ Prezidentinin müşaviri Ənvər Qarqaş "X" sosial şəbəkəsində bildirib.

"Bəzi platformalar ölkə ilə bağlı yalan məlumatlar yayır, halbuki dövlət regiondakı hadisələrə reaksiya vermək və münaqişədən sonrakı dövrə hazırlaşmaq üçün səylərini cəmləşdirməyə davam edir", - o yazıb.

Qarqaş vurğulayıb ki, BƏƏ-nin yanaşması ondan ibarətdir ki, bu cür bəyanatlara ən yaxşı cavab konkret iş və real nailiyyətlərdir.

"Yayılan şayiələrə - xüsusən də işçilər üçün yaşayış icazələrinin ləğv edilməsi və digər bu kimi iddialara gəldikdə isə, bu, saxta məlumatdır və ümidsiz media kampaniyalarının bir hissəsidir", - BƏƏ Prezidentinin müşaviri qeyd edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}