Suriyada qaz kəmərində partlayış səbəbindən elektrik stansiyaları təchizatsız qalıb
Suriyanın şimal-qərbindəki Haseke əyalətindəki Əl-Cəbsə neft emalı zavodundan keçən ixrac qaz boru kəmərində baş verən partlayış bir neçə elektrik stansiyasının təchizatını dayandırıb. Şəffaflıq.az-ın məlumatına görə, Suriya Neft Şirkəti bu barədə "X" sosial sosial şəbəkəsində xəbər verib. Rəsmi açıqlamaya görə, hadisə dünən səhər baş verib və nəticədə boru kəməri boyunca qaz nəqli tamamilə dayandırılıb. "Nəticədə bir neçə elektrik stansiyasına təchizat dayandırılıb", - sənəddə qeyd olunub. Hadisədən sonra mütəxəssislər quyunu və boru kəmərinin zədələnmiş hissəsini təcrid edib, təhlükəsizlik klapanlarını bağlayıb və obyektin tamamilə təhlükəsiz olduğunu təmin ediblər. Şirkət işçilərindən heç kim xəsarət almayıb. Təmir briqadaları bərpa işləri aparmaq üçün dərhal əraziyə göndərilib. Suriya Neft Şirkəti hadisə yerində ətraflı araşdırma apardığını və qəzanın səbəbləri ilə bağlı araşdırma başladığını açıqlayıb. İlkin məlumatlara görə, partlayış qəsdən törədilmiş təxribatın nəticəsi olub. Şirkət araşdırmanı başa çatdırmaq və təxribatda iştirak edənləri müəyyənləşdirmək üçün müvafiq orqanlarla işləyir. Eyni zamanda, neft-qaz obyektlərinin və əlaqəli nəqliyyat marşrutlarının təhlükəsizliyini təmin etmək üçün gücləndirilmiş tədbirlər görülür.
Facebook-da paylaş








