Cəlilabadda avtomobil qəzası olub, sürücü ölüb
Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, Cəlilabad şəhər sakini, 1973-cü il təvəllüdlü Sakit Abdinov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olan zaman qəfil halı pisləşib. Daha sonra avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində sürücü ölüb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








