Bakıda ağır avtomobil qəzası baş verib: Ölən və xəsarət alanlar var - YENİLƏNİB + FOTO


Bu gün saat 21:14 radələrində paytaxtın Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Baş DYP İdarəsindən Oxu.Az-a verilən məlumata görə, “VAZ 2107” markalı nəqliyyat vasitəsi iki “Mercedes” markalı nəqliyyat vasitələri ilə toqquşaraq aşıb.

Toqquşma nəticəsində “VAZ 2107” markalı avtomobildə baş vermiş yanğın zamanı sürücü və sərnişin hadisə yerində həlak olub. Faktla bağlı araşdırma aparılır.



22:22

Bakının Sabunçu rayonunda, Balaxanı-Zabrat yolunda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, "VAZ-2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

İlkin məlumata görə, "VAZ-2107" zərbənin təsirindən yanaraq kül olub. Nəticədə sürücü də daxil olmaqla, sərnişinlərin hamısı yanıb. Onların şəxsiyyəti və sayı dəqiqləşdirilir.

Qəza zamanı "Mercedes"də olanlar xəsarət alıblar. Hadisə yerinə polis əməkdaşları və təcili yardım cəlb edilib.

Yaralılar 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

Fakt araşdırılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}