Yəmən Müdafiə Nazirliyində partlayış - Ölənlər var
Yəmən Müdafiə Nazirliyinin Maarib əyalətində yerləşən müvəqqəti qərargahında baş verən partlayış nəticəsində 2 nəfər ölüb.
RİA “Novosti” xəbər verir ki, Yəmənin müdafiə naziri Məhəmməd Əli əl-Makdaşi sağ qalıb.
Bildirilib ki, partlayış ordununun müvəqqəti qərargahında müdafiə naziri ilə nazirlik rəhbərlərinin görüşü zamanı baş verib: “İlkin məlumata əsasən, iki hərbçi ölüb, tədbirdə iştirak edən başqaları yaralanıb, nazir sağ qalıb”.
Məlumata görə, hadisənin husi qiyamçılarının atdığı raketin partlaması nəticəsndə baş verdiyi ehtimal edilir.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş