Partlayışda yaralanan hərbiçimiz vəfat etdi
Şəffaflıq.az xəbər verir ki, tank mərmisin partlaması zamanı ağır xəsarət alan Nurlan Rəhim oğlu Məmmədov xəstəxanada dünyasını dəyişib. Tankçı gizir 8 gün Bakıdakı hospitalda komada olub. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hərbiçinin ölümü ilə Müdafiə Nazirliyi rəsmi açıqlama yaymayıb.
Partlayışla bağlı ilkin məlumatı Müdafiə Nazirliyi yaymışdı. Məlumata görə, hərbi hissələrdən birində partlayış nəticəsində iki hərbi qulluqçu - gizir Amiddin Şahmalı oğlu Ağalarov və kiçik çavuş Samir Çingiz oğlu Salahov həlak olub, gizir Nurlan Rəhim oğlu Məmmədov ağır yaralanmışdı.Criminal.az
Facebook-da paylaş