Əsas Səhifə > Dünya > Yəmən Müdafiə Nazirliyində partlayış - Ölənlər var

Yəmən Müdafiə Nazirliyində partlayış - Ölənlər var


29-10-2019, 21:35

 

Yəmən Müdafiə Nazirliyinin Maarib əyalətində yerləşən müvəqqəti qərargahında baş verən partlayış nəticəsində 2 nəfər ölüb.

RİA “Novosti” xəbər verir ki, Yəmənin müdafiə naziri Məhəmməd Əli əl-Makdaşi sağ qalıb.

Bildirilib ki, partlayış ordununun müvəqqəti qərargahında müdafiə naziri ilə nazirlik rəhbərlərinin görüşü zamanı baş verib: “İlkin məlumata əsasən, iki hərbçi ölüb, tədbirdə iştirak edən başqaları yaralanıb, nazir sağ qalıb”.

Məlumata görə, hadisənin husi qiyamçılarının atdığı raketin partlaması nəticəsndə baş verdiyi ehtimal edilir.

Şəffaflıq.az
Geri qayıt