“AĞ ÇİÇƏYİM” GÜL DÜKANI YANDIRILIB?

 Nizami rayonunda “Diqlas” ticarət mərkəzinin yanmasından sonra bu gün səhər saatlarında “Xalqlar Dostluğu” metrosunun üstündə yerləşən “Ağ çiçəyim” gül dükanı yanıb.
 Şəffaflıq.Az-ın məlumatına görə hadisə yerində Fövqalədə Halları Nazirliynin yanğınsöndürmə briqadası olsa da, dükan tamamilə yanaraq yarasız hala düşüb.
Qeyd edək ki, bu, ilin əvvəlindən Nizami rayonunda yerləşən mağazalarda baş verən üçüncü yanğındır. Xatırlayırsınzsa, bundan öncə, iyunun 23-də Nizami rayonun ərazisində yerlşən məşhur “X-Lady” mağazası yandı. Məlum olduğu kimi, Nizami rayonu daha çox yanğın hadisəsi baş verən rayondur. Çünki dəfələrlə paytaxtın “vasmoy bazarı” kimi tanınan “8-ci km bazarı”nda da yanğın baş verib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}