Kəmaləddin Heydərov və icra başçısı HADİSƏ YERİNDƏ

 Paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində yanğın davam edir.
Trend-in məlumatına görə, hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov gəlib.
Hazırda yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.
Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb eilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}