Azərbaycanda generalın rəis qardaşı xidməti otağında özünü güllələdi

 Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi xidməti otağında intihar edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Rahib Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.



Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}