Vilayət Eyvazovun birinci müavini kimdir? - Dosye

 DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Seyfulla Əzimov Daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, 1970-ci il təvəllüdlü Seyfulla Əzimov Azərbaycan Polis Akademiyasının yetirməsidir. Daha öncə Nəsimi Rayon 22-ci Polis Bölməsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləyib.
S.Əzimov 2014-cü ilin noyabrın 4-dən isə DİN-in ən mühüm baş idarələrindən birinin – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}