Qaradağda palçıq vulkanı püskürüb


25 noyabr 2026-cı il tarixində, yerli vaxtla saat 14:06:30-da Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.

Bu barədə Şəffaflıq.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, püskürmə mərkəzin 8 vulkanətrafı rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb.

Püskürmə bir faza ilə xarakterizə olunub və onun davamlığı 15 dəqiqə davam edib.

"Püskürmə zamani ayrılan enerji 1.15*10^7 Couldur. Püskürmə 2km dərinlikdə qeydə alınıb", - deyə məlumatda qeyd olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}