Əsas Səhifə > ELM VƏ TƏHSİL / Hadisə > Qaradağda palçıq vulkanı püskürüb
Qaradağda palçıq vulkanı püskürübBu gün, 09:14 |
|
25 noyabr 2026-cı il tarixində, yerli vaxtla saat 14:06:30-da Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb. Bu barədə Şəffaflıq.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, püskürmə mərkəzin 8 vulkanətrafı rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb. Püskürmə bir faza ilə xarakterizə olunub və onun davamlığı 15 dəqiqə davam edib. "Püskürmə zamani ayrılan enerji 1.15*10^7 Couldur. Püskürmə 2km dərinlikdə qeydə alınıb", - deyə məlumatda qeyd olunub. Geri qayıt |