Məzahir Pənahov Antalya Beynəlxalq Seçki Forumunda iştirak edir


Azərbaycanın seçki qanunvericiliyinin yaratdığı imkanlar və müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi Antalya Beynəlxalq Seçki Forumunda diqqətə çatdırılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə forumda çıxış edən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.

MSK sədri müşahidəçilərin və media nümayəndələrinin seçki prosesində sərbəst iştirak etməsi, eləcə də ictimaiyyətin dəqiq və operativ məlumatlandırılması istiqamətində əldə olunan nailiyyətlərdən danışıb.

M.Pənahov rəqəmsal mühitdə dezinformasiyaya qarşı mübarizənin və beynəlxalq təcrübə mübadiləsinin aktuallığını xüsusi vurğulayıb.

O, çıxışında seçki prosesində aşkarlığın və şəffaflığın təmin olunmasının, media və ictimaiyyətlə səmərəli kommunikasiyanın qurulmasının, həmçinin seçki subyektlərinin maarifləndirilməsinin əhəmiyyətindən bəhs edib.

Qeyd edək ki, Türkiyə Yüksək Seçim Kurulunun təşəbbüsü ilə təşkil olunan beynəlxalq forumda müasir dövrdə seçki proseslərinə təsir göstərən qlobal tendensiyalar, seçki idarəçiliyi, seçki proseslərində müasir çağırışlar, seçki qurumlarının media ilə münasibətləri və ictimaiyyətlə əlaqələri, seçkilərin hazırlanması və keçirilməsində şəffaflığın, eləcə də ictimaiyyətlə səmərəli kommunikasiyanın təmin olunması kimi aktual məsələlər müzakirə edilir.

Səfər çərçivəsində MSK sədri türkiyəli həmkarı ilə yanaşı, foruma qatılan xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə də görüşüb. Görüşlərdə seçki sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qurumlararası əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Bildirilib ki, ümumilikdə 23 ölkə və beynəlxalq qurumdan 75 nümayəndənin iştirak etdiyi Antalya Beynəlxalq Seçki Forumu seçki idarəçiliyi sahəsində beynəlxalq dialoqun inkişafı, müxtəlif ölkələrin ali seçki qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, yeni əməkdaşlıq imkanlarının yaradılması və qabaqcıl təcrübələrin qarşılıqlı mübadiləsi baxımından əhəmiyyətli beynəlxalq platformadır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}