Binəqədi rayonunda ümumi sahəsi 2000 m² olan inşaat və ərzaq malları mağazalarında yanğın olub

Binəqədi rayonunda ümumi sahəsi 2000 m² olaninşaat və ərzaq malları mağazalarında yanğın olub.

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 2000 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı (inşaat və ərzaq malları mağazaları və s.) ikimərtəbəli tikilinin 1-ci mərtəbəsində sahəsi 28 m² olan inşaat malları mağazasının lambirindən ibarət tavanı və içərisində hər birinin tutumu 1 litr olan 7 ədəd boya çəlləyi yanıb.

Şəffaflıq.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}