Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub
Bakının Xətai rayonunda ümumi sahəsi 200 m² olan məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın 1-ci mərtəbəsində bir otağın və dəhlizin yanar konstruksiyaları 25 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Şəffaflıq.az verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın, yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş