Şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq

 

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registrini yaratmaq və aparmaq sahəsində səlahiyyətli orqan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olacaq.


Şəffaflıq.az xəbər verir ki, bununla əlaqədar Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsinə müvafiq dəyişiklik edilib.

Agentliyin vəzifələri sırasına dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin registrini yaratmaq və aparmaq da əlavə edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}